İvanişvili koronavirusun fəsadları ilə üzləşib - Xəstədir

İvanişvili koronavirusun fəsadları ilə üzləşib - Xəstədir


Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili koronavirusun fəsadları ilə üzləşib.

Bunu yerli mətbuata partiyanın mətbuat xidməti bildirib.

Qeyd olunub ki, İvanişvili iki həftə əvvəl xəstələnib və hələ də müalicəsi davam edir,

Partiya deyiblər ki, məhz bu səbəbdən İvanişvilinin medal qazanan olimpiyaçılara təbrik məktubunu gec dərc edirlər.

Milyarder müraciətində cüdoçular Tato Qriqalaşvili (81 kq-a qədər çəkidə, gümüş), Laşa Bekauri (90 kq-a qədər çəkidə, qızıl) və İlya Sulamanidzeni (100 kq-a qədər çəkidə, gümüş) təbrik edir.