15 yaşlı qız itkin düşdü

15 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə avqustun 11-i müraciət daxil olub.

Binəqədi qəsəbə sakini E.Məmmədov ərizəsində bildirib ki, 2009-cu il təvəllüdlü qızı N.Məmmədova yaşadıqları evi tərk edib və geri qayıtmayıb.

Oxşar hadisə Gəncədə də baş verib. Ş.Bədəlova polisə şikayət ərizəsində bildirib ki, övladı 2009-cu il təvəllüdlü A.Bədəlova avqustun 11-də yaşadıqları evi tərk edərək itkin düşüb.

Hər iki müraciətlə bağlı araşdırma aparılır.