Tramp Netanyahuya zəng etdi: Razılaş!
ABŞ prezidentliyinə namizəd Donald Tramp dünən İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.
Bu barədə “Axios” ABŞ-dakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, tərəflər Qəzzadakı girovların vəziyyətini və atəşkəs razılaşmasını müzakirə edib.
Məlumata görə, Trampın zəngi Netanyahunu atəşkəs sazişinə razılıq verməyə təşviq etmək məqsədi daşıyıb.
İsrail baş nazirinin dəftərxanası tərəflər arasındakı telefon zəngini təkzib etməyib.
Trampın qərargahı isə məsələyə münasibət bildirməkdən imtina edib.