KİV: Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb
KXDR-dən olan hərbçi ölkənin şərqində ölkələrarası sərhədi keçərək Cənubi Koreya Respublikasına keçib.
Bu barədə Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən "Yonhap" agentliyi xəbər yayıb.
İnsident avqustun 20-də yerli vaxtla səhər saatlarında Qanvondo əyalətinin Koson kəndində baş verib: "Şimali Koreyanın hərbçisi bu gün səhər tezdən hərbi demarkasiya xəttini keçib və qalmaq istəyini bildirib. Hərbçilərimiz onun demarkasiya xəttini keçdiyi vaxtdan hərəkətlərini izləyir”, - agentliyin mənbəyi bildirib.
Məlumata görə, o, çavuşdur.