Deputatlığa namizəd olan QHT nümayəndələri və bələdiyyə üzvləri...
“Sentyabrın 1-də növbədənkənar Parlament seçkilərində 20 QHT nümayəndəsi iştirak edəcək”.
Bu barədə "Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının aralıq hesabatında qeyd olunub.
Bildirilir ki, 17 dairə (5,16,24,29,33,35,44,60,65,71,81,82,98,107,108,122,125) üzrə 20 QHT rəsmisinin namizədliyi qeydə alınıb. Bu namizədlərdən 16-sının namizədliyi QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2 nəfərin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən, 1 nəfərin namizədliyi Ümid Partiyası tərəfindən, 1 nəfərin namizədliyi isə Ana Vətən Partiyası tərəfindən irəli sürülüb.
Qeyd olunub ki, seçkilərdə iştirak edəcək QHT nümayəndələri arasında gender tərkibi bərabərdir. Belə ki, seçkilərdə 10 nəfər qadın, 10 nəfər kişi mandat uğrunda mübarizə aparacaq.
Mərkəzi Seçki Komissiyaspının rəsmi səhifəsində namizəd kimi qeydə alınan 10 QHT sədrinin iş yeri fərqli sahə kimi qeyd olunub ki, onlardan 6-sıkişi, 4-ü qadındır. Onlardan 5 nəfərin namizədliyi öz təşəbbüsü ilə, qalanları isə müxtəlif partiyalar ( 2 nəfər Ədalət, Hüquq və Demokratiya Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Ümid partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) tərəfindən irəli sürülüb.
Bu şəxslərin namizədliyi 10 seçki dairəsindən ( 9,15,17,24,32,50,65,70,90,119) irəli sürülüb. Ümumilikdə QHT sektorundan 30 nəfərin Parlament seçkilərdə iştirak edəcək.
Namizədlərdən 30 nəfəri isə bələdiyyə nümayəndələridir. Onlar Səbail, M.Ə.Rəsulzadə, Nərimanov, Xətai, Yevlax, Binəqədi qəsəbə və Biləcəri, Xocasən, Yasamal, Sumqayıt, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyələrindən olan üzv və qulluqçulardır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü, 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Onlardan 2 nəfəri isə bələdiyyə sədridir. 30 namizəddən 13-ü qadın, 17-si kişidir.