Rusiyada Bayden haqda serial çəkilir - "Goodbye"
Rusiyada ABŞ prezidenti Co Bayden haqqında serial çəkilir.
Bu barədə Rusiyanın yerli nəşrləri yazıb.
Baş rolu - ABŞ prezidentini “Briqada”, “Jmurki” və s. filmləri ilə tanınan Dmitri Dyujev canlandıracaq.
Hekayədə Bayden sanksiyaların təsirini qiymətləndirmək üçün Rusiyaya uçur, lakin ilk gün sənədlərini itirir. Sonra yerli bir vətənpərvərlə tanış olur, "xruşşovka" mənzilinə köçür, yeni sənədlərə pul yığmaq və Amerikaya qayıtmaq üçün ingilis dili müəllimi kimi işləməyə başlayır.
Serial "Goodbye" adlanacaq və TNT-də yayımlanacaq.