Səbail rayonunun Nizami küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 30.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə Səbail rayonunun Nizami, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, 28 May küçələrinin və Azadlıq prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.