Bakıda qadın sürücü qəza törətdi - ölən var

Bakıda qadın sürücü qəza törətdi - ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə 1963-cü il təvəllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.