AKP-dən BRİKS-ə üzvlüklə bağlı açıqlama
Rəsmi Ankara BRİKS-ə üzvlükdə maraqlıdır.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib:
"Bununla belə, hələ ki konkret nəticə yoxdur".