Lvov atəşə tutuldu, 2 ölü, 23 yaralı
Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib.
Bu barədə məlumatı Lvovun meri Andrey Sadovıy öz teleqram kanalında paylaşıb.
Zərbə nəticəsində 2 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb.
Xatırladaq ki, dünən Poltava şəhərinin ballistik raketlərlə atəşə tutulması nəticəsində 47 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb.