Misir prezidenti ilk dəfə Türkiyəyə gedir
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün ilk dəfə Türkiyəyə səfər edəcək.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.
Bildirilir ki, Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edəcək.
Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə edəcəklər.(TRT Haber)