Zəlzələyə görə qatarların sürəti aşağı salındı
ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.
5 sentyabr tarixində səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.