Zelenski Kulebanın yerinə onu təklif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkənin xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsini təklif edib.
Sənəd Ali Radanın saytında yerləşdirilib.
Qeyd edək ki, 49 yaşlı Sibiqa 1997-ci ildən diplomat vəzifələrdə çalışıb, Ukraynanın Polşadakı səfiri olub. Bununla yanaşı, o, 2016-2021-ci illərdə ölkəsinin Türkiyədəki səfiri, daha sonra isə prezident ofisinin rəhbərinin müavini olaraq çalışıb. 2024-cü ilin aprelində isə Ukraynanın XİN rəhbərinin birinci müavini təyin edilib.
Onu da xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sentyabrın 4-də istefa verməsi barədə ərizəsini Ali Radaya təqdim edib. Rada bu gün onun istefasını qəbul edib.