Mehriban Əliyevadan Orxanla bağlı paylaşım

Mehriban Əliyevadan Orxanla bağlı paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Orxan Aslanovla bağlı rəsmi instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”