Rusiya Çinlə hərbi təlim keçirəcək

Rusiya Çinlə hərbi təlim keçirəcək

Rusiya və Çin “North-Joint 2024” adlı birgə hərbi təlimlər keçirəcək.

Bu barədə məlumatı Çinin Müdafiə Nazirliyi yayıb. 

Təlimin bu ay Yapon və Oxot dənizi ətrafında havada və suda baş tutacağı qeyd olunub. 

Bununla belə, hərbi təlimlərin dəqiq tarixi açıqlanmayıb.