Bayram günü 50 qram "vuran" sürücü saxlanıldı - REYD - VİDEO

Reyd zamanı qadınlar yol polisinə hücum çəkib - "Noviy qod"da ayıbdır axı"

Yeni il bayramı ərəfəsində sərxoş sürücülər polisdən yayına bilmədi. Bəziləri həm polisə həm də çəkilişə etiraz edir. Avtosfer.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən axşam saatlarında rayon ərazisində təşkil olunan reydin əsas məqsədi bayram günlərində yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub.

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Bunlardan da üçü içkili halda nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb.

Bundan başqa reyd zamanı təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntuları edən sürücülər də müəyyən olunaraq barələrində tədbir görülüb.