Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi, qeydiyyatçı işdən çıxarıldı

 
Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi, qeydiyyatçı işdən çıxarıldı


Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan gənc həbs edilib.

Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən 25 yaşlı S.Quliyevə hökm oxunub. Məhkəmənin 6 sentyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Quliyev sosial şəbəkələrdən birində Gəncə şəhər sakini olan 15 yaşlı Aytac Səlimova (şərti ad-soyadlı) ilə tanış olub. Bakı şəhərində yaşaya