Bakıda Formula-2 pilotu qəza törətdi
"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
***
Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
"MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.