Yol polisləri 25-dən artıq avtomobili müşaiyət edərək təhlükəsiz əraziyə çıxarıblar
Yanvarın 1-də Qusardakı “Şahdağ” turizm kompleksindən qayıdan turistlər qatı duman səbəbindən yolda qalıblar. Onlardan birinin Avtosfer.az-a verdiyi məlumata görə, bu zaman köməyə Qusar rayon Dövlət Yol Polisi Bölməsinin 99 YP 200 nömrəli patrul avtomobilində xidmət aparan əməkdaşları gəlib. Yol polisləri yolda qalan 25-dən artıq avtomobili müşaiyət edərək təhlükəsiz əraziyə çıxarıblar.
Avtosfer.az turistlərin göndərdiyi videoları təqdim edir: