“Gilavar” klubu: Alpinistlər icazəsiz getməyib

Dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi doğru deyil.

Bu barədə “Gilavar” Hava-Ekstremal İdman Klubunun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, alpinistlərin müəyyən olunmuş xətdən kənara çıxması yalnız həyati təhlükə olsa, mümkündür:

“Bu, mümkün olacaq şey deyil, çünki bu ekspedisiya üçün dörd mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, onlar dağda başqa marşrutdan məcburi istifadə edə bilərlər”.
(oxu.az)