Məsud Pezeşkian: "Regionda vəziyyət nəzarətdən çıxa bilər"
İsrailin davranışı regionda vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdə bildirib.
Prezidentlər görüş zamanı əsasən regiondakı vəziyyəti müzakirə ediblər.
“Report”