Mədə kiçiltmə əməliyyatı oldu: 1 həftə sonra öldü
Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.
Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova sentyabrın 28-i dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.