Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır
İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır.
Bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti yoxdur: “Bu inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən ən çox təsirlənənlər sırasındadırlar və buna görə ən az məsuliyyət daşıyırlar”.
K.Makkartinin sözlərinə görə, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib.