Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.