İranda neftayırma zavodunda yanğın olub, ölən və yaralananlar var

İranda neftayırma zavodunda yanğın olub, ölən və yaralananlar var

İranın Xuzistan əyalətində Şuşter rayonundakı neftayırma zavodunda baş verən yanğın nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedici və yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, yanğın lokallaşdırılıb.