Kanada iki təyyarə toqquşdu – VİDEO

Torontoda (Kanada) Lester Pirson Beynəlxalq Hava Limanında iki təyyarə toqquşub.


Bu barədə məlumat WestJet aviaşirkətin Twitter hesabında yerləşdirilib.

Qeyd olunur ki, aviaşirkətə məxsus Boeing 737-800-də 168 sərnişin olub. O, Sunwing aviaşirkətinə məxsus təyyarə ilə toqquşub. Qəza nəticəsində yanğın baş verib. Sərnişinlər və ekipaj təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

CNN bildirir ki, Sunwing təyyarəsində heç kim olmayıb.




(oxu.az)