Sorğu: Tramp Harrisdən əksər ştatlarda irəlidədir
ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan geridə qalır.
Bunu "RealClearPolitics" portalının ölkədə son sorğularının təhlili sübut edir.
Araşdırmaya görə, bəzi ştatlarda sakinlərin 48,3%-i Trampı, 47,5%-i isə Harrisi dəstəkləyir.
Respublikaçıların xeyrinə ən böyük fərq Arizona ştatlarında qeydə alınıb.
"RealClearPolitics"in proqnozu doğru olarsa, Tramp prezident seçkilərində qalib gələcək