Tramp ABŞ-ni “dünyanın zibilxanası” adlandırıb
ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib.
Bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan olan miqrantların axınına qapı açıb.
“Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq”, – Tramp söyləyib.
Tramp həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə noyabrın 5-i “Amerikanın Azadlıq Günü” olacaq.