Tarazlığını itirərək 20 metr yüksəklikdən aşağı düşüb
Ad günündə dostları ilə Şanlıurfa qalasına çıxan kişi orada ölüb. Hadisə 2018-ci ilin ilk günündə baş verib. Dostları ilə Şanlıurfa qalasına çıxan Halil Dağın foto çəkmək istəyərkən yıxıldığı anın görüntüləri ortaya çıxıb. Dostu tərəfindən çəkilən görüntülərdə Dağın tarazlığını itirərək 20 metr yüksəklikdən düşdüyü görülür.
Ağır yaralanan 8 uşaq atası 38 yaşlı Halil Dağ təcili yardımla xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin anları dostu çəkib.