İçkili sürücü polisdən qaçdı: Avtomobili palçığa saldı - VİDEO

Sürücünün yanında olan sərnişin də sərxoş imiş

İçkili halda sükan arxasına əyləşib həm özünü, həm də avtomobildə olanları təhlükəyə atıb. Polis saxlayan zaman isə sərxoş olmadığını iddia edərək ərazidən uzaqlaşmağa çalışıb. Maraqlı görüntülər Mingəçevir polisinin keçirdiyi reyd zamanı lentə alınıb. Polisdən qaçarkən avtomobili kolların arasında palçığa salıb. Tutulanda isə sərxoş olduğunu boynuna almayıb. Şəhərin müxtəlif hissələrində keçirilən reydlər zamanı qayda pozan sürücülər aşkarlanıb. Sürücülərdən biri o qədər sərxoş olub ki, polisdən yayınmaq üçün avtomobili ilə təhlükəli manevrlər də edib.

Saxlanıldıqda isə qaydaları pozmadığını, sadəcə olaraq şəhərdə avtomobili ilə gəzintiyə çıxdığını bildirib. Məlum olub ki, yanında olan sərnişin də sərxoşdur. Sürücü Mehdi Nəsibov müayinədən keçməmək üçün müqavimət də göstərib.

Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sənədsiz avtomobil idarə edən və digər sürücülər inzibati məsuliyyətə cəlb olunublar. Şəhər ərazisində reydlər davam etdiriləcək.