Sorğu zamanı əhalinin ən çox narazı qaldığı qurum yol polisi olub
“Putin 10 minə yaxın yol polisi işçisini ixtisara salıb, yəni, hər 5 polisdən biri işdən qovulacaq. Məlumdur ki, Rusiyada martda prezident seçkiləri keçiriləcək və bu da Putinin seçkilərə ciddi hazırlaşdığının göstəricisi sayılır”. Cebhe.info xəbər verir ki, bunu Real Hərəkatının icra katibi Natiq Cəfərli deyib. Hərəkat yetkilisi qeyd edib ki, digər yandan, Rusiyada əhalinin ən çox narazı qaldığı qurumların hansılar olduğu ilə bağlı sorğu keçirilib, yol polisi 1-ci olub, məhz buna görə də Putin belə bir qərar verib: “Bundan başqa insanların narazı olduqları qubernatorlar, yüksək vəzifəli məmurlar da dəyişdirilir. Təbii ki, Rusiyada seçki formaldır, sözsüz ki, Putin 70-75% arası səs toplayıb qalib gələcək, amma heç olmasa vətəndaşın bəzi gözləntilərinə də cavab verməyə çalışırlar, az da olsa, seçicinin səsinə ehtiyac duyurlar”.