Şabranda dörd yaşlı qızın dəhşətli ölümü - Təfərrüat

Şabranda dörd yaşlı qızın dəhşətli ölümü - Təfərrüat

Şabranda azyaşlı qızın ölməsi barədə təfərrüat məlum olub.

Padar kənd sakini olan 4 yaşlı Fatimə Müzəffər qızı İsmixanova götürdüyü bıçaqla meyvə doğramaq istəyib.

O, bıçaqla mətbəx otağına keçən zaman ayağı qapının çərçivəsinə ilişib.

Bədbəxtlikdən qız yıxılarkən əlindəki bıçaq onun sağ boyun nahiyəsini deşib. Nəticədə azyaşlı ölüb.

Faktla bağlı araşdırma aparılır.