İranda təyyarə qəzaya uğradı: general həlak oldu
İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Quru Qoşunlarına məxsus “Gayrokopter” tipli ultra yüngül təyyarə qəzaya uğrayıb.
Bu barədə SEPAh-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında bildirilib.
Məlumata görə, təyyarə ölkənin cənub-şərqindəki “Sirkan” sərhəd bölgəsində döyüş əməliyyatları apararkən qəzaya uğrayıb.
Qəza nəticəsində briqada generalı Həmid Mazenderani və İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının döyüşçülərindən Hamed Candaghi həlak olub.