Goranboyda tapılan 104 yaşlı çeçen qadın Çeçenistana aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Respublikanın Milli Siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib.
Onun sözlərinə görə, M.Əliyevanın doğum tarixi Azərbaycan Daxili İşlər Nazirliyinin dediyi kimi 1913-cü il deyil, 1914-cü ildir.
C.Umarov qeyd edib ki, nənə çeçen torpaqlarında yaşayacaq: “Ona lazım olan kömək göstəriləcək. Mədinə Əliyeva öz xalqı arasında oğullarını, nəvələrini, eləcə də qardaşlarını tapacaq”.
Umarovun sözlərinə görə, qadın Dağıstanın Xasavyurt rayonunun Osmanyurt kəndində doğulub.