Gürcüstanın baş naziri Azərbaycana gəldi – FOTO

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycana səfərə gəlib.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın baş naziri Azərbaycana gəldi – FOTO
Gürcüstanın baş naziri Azərbaycana gəldi – FOTO