Beş il içində bu avtomobillərə 80 milyard manat investisiya yatırılacaq
Almaniyanın nəhəng avtomobil firması “Volkswagen” sürücüsüz avtomobillər istehsal etməyə hazırlaşır. Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, firma “Google”un keçmiş idarəçilərindən olan Kris Urmsonun başçılıq etdiyi “Aurora” şirkəti ilə sürücüsüz avtomobillər istehsal etmək üçün razılaşma imzalayıb. Şirkət 2021-ci ilə qədər bir çox şəhərdə sürücüsüz avtomobillərin hərəkət edəcəyini bildirib. “Aurora” və “Volkswagen” arasındakı razılaşmaya əsasən, beş il içində bu avtomobillərə 34 milyard avro (80 milyard manat) investisiya yatırılacaq.