Baydenlə Tramp görüşəcək - təfərrüatlar AÇIQLANDI

Baydenlə Tramp görüşəcək - təfərrüatlar AÇIQLANDI

Xəbər verildiyi kimi, ABŞ lideri Cozef Bayden yeni seçilmiş prezident Donald Trampla noyabrın 13-də Ağ Evdə görüşəcək.

Görüşlə bağlı bəzi təfərrüatlar məlum olub.

Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS News-a bildirib ki, ABŞ prezidenti Bayden və Donald Tramp arasında çərşənbə günü Ağ Evin Oval kabinetində keçiriləcək görüşdə Amerika liderinin Trampı Ukraynaya dəstəyini davam etdirməyə çağıracağı gözlənilir.

Onun sözlərinə görə, Bayden və Tramp əsas daxili və xarici siyasət prioritetlərini, xüsusən də Avropa, Asiya və Yaxın Şərqdə baş verənləri müzakirə edəcəklər.

Prezident gələcək Tramp administrasiyasını Kiyevi tərk etməməyə çağıracaq, çünki bu, Avropada daha da böyük qeyri-sabitliyə səbəb ola bilər.

Sallivan deyib ki, Baydenin seçilmiş prezidentə əsas mesajı onun hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək öhdəliyi olacaq.

CBS News qeyd edib, bu cür görüşlər formalaşmış təcrübədir və səlahiyyət müddətini başa vuran prezidentdən seçilmiş prezidentə hakimiyyətin ötürülməsi prosesinin başlanğıcını qeyd etmək məqsədi daşıyır.