Taksidən düşüb piyadaları döydülər - Görün nələr oldu – VİDEO

Yoldan keçənlər də taksidən düşənləri döyüb yola saldı

Yolu keçən piyadalar taksidən düşən sərnişinlər tərəfindən hücuma məruz qalıb. Avtosfer.az xəbər verir ki, hadisə xarici ölkələrin birində baş verib. Piyadalar zebradan yolu keçən anda yaxınlaşan taksi qəfildən dayanıb və maşından düşənlər onlara hücum çəkib. Piyadaların döyüldüyünü görən iki nəfər hadisə yerinə yaxınlaşıb və heç nəyə baxmadan taksidən düşənləri döyüblər. Onlar 4 nəfər olsa da, 2 nəfərin zərbələrində qorxaraq hadisə yerindən qaçıblar.
Sosial şəbəkədə yayılan videonu izləyənlər piyadaların köməyinə gələn iki nəfəri nəzərdə tutaraq hələ də yaxşı insanların olduğunu önə çəkiblər.