“Azərsun” Azərbaycanda böyük market şəbəkəsini satın aldı - Daha ikisini də alır

Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan "Azərsun Holding” marketlər şəbəkəsini genişləndirir.


Azxeber.com-un əldə etdiyi məlumata görə, şirkət xüsusən də bölgələrdə çoxlu sayda filiala sahib olan "Makromart” mağazalar şəbəkəsini satın alaraq öz şəbəkəsinə birləşdirib.

Artıq hər iki şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb. Sözügedən marketlər şəbəkəsinin "Bazar Store” brendi adı altında, yoxsa "Makromart” kimi fəaliyyət göstərəcəyi isə hələlik məlum deyil.

Digər bir məlumata görə şirkətin həm bölgələrdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən digər iki böyük marketlər şəbəkəsini də alacağı bildirilir. Bu iki market şəbəkəsinin də kifayət qədər filialları mövcuddur. Hazırda sözügedən iki market şəbəkəsi ilə danışıqlar davam etməkdədir.

Qeyd edək ki, ötən aylarda "Araz” marketlər şəbəkəsinə sahib olan "Veysəloğlu” şirkəti də "Favorit” marketlər şəbəkəsini satın almışdı.