Türkiyəli nazir: “Yenilənəbilən və atom enerjisində payımızı artırmağa davam edəcəyik”
“Yenilənəbilən enerjidə payımız 50 faizə bərabərdir. Bu göstəriciyə görə, Avropada 5-ci, dünyada 11-ci yerdəyik”.
Bunu COP29-da iştirak edən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında bildirib.
“Yenilənəbilən və atom enerjisində payımızı artırmağa davam edəcəyik. 2053-cü ildə enerjimizin böyük hissəsini bu iki sektordan əldə edəcəyik”, - deyə Murat Kurum bildirib.
Bizim.Media