"Kontakt Home" 2018-ci illərdə istehlakçıları inkar edir.

"Kontakt Home" 2018-ci illərdə istehlakçıları inkar edir. Nəzərinizə çatdırılan aşağıda qeydlər əsasında "Kontakt Home" şirkətinin çoxsaylı telefonlarına zəng edib şikayəti danışıq yolu ilə həll etməyə cəhd etsək də, telefonda heç kim konstruktiv danışıq aparmadı. Köməyi dövlətimizdən gözləyirik. "Azad İstehlakçılar" İctimai Birliyi vətəndaşın ərizəsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadiyyat Nazirliyinə göndərmişdir.
Azbaku.info ərizəni olduğu kimi diqqətinizə çatdırır.


Azad İstehlakçılar Birliyi (AİB) sədri
cənab Eyyub Hüseynova
N.Nərimanov rayonu İ.Həsənoğlu 12
ünvanında yaşayan Fərəcova Firuzə
Rza qızı tərəfindən

Hörmətli Eyyub müəllim!
28.09.2017-ci il tarixində 14:54-də Nəsimi rayonu Azadlıq prospekti ev 33 ünvanında yerləşən “ABC-Telecom” MMC Əlizadə Daşqın Fərrux oğluna məxsus “Kontakt Home” ( Tel: *60 60)mağazasından satıcıdan İphone 7 Plus 128 GB modeli olan mobil cihazı 1illik Qızıl zamanət ilə vitrinnən 18 aylıq kreditlə almışam.1640 AZN lik telefona ilkin olaraq 404 AZN ödədim.
Telefonu aldığımız gündən problemlər aşkar etdik belə ki,video izləyərkən kadrları 50 dəfəyə qədər geriyə atır.
02.10.2017-ci il tarixində “Kontakt-Home”-dan aldığım məhsulu gətirib Vüqar adlı satıcıya göstərdim problemi danışdım.O bildirdi ki ,account yazılmalıdır.O telefonu gözümüzün önündə açıb account yəni proqram yazdı.Həmin gün axşam telefonla evdə kino izləyəndə yenidən həmin problemlə qarşılaşdım.03.10 tarixdə yenidən dükana yollandım,Vüqar adlı satıcıya yaxınlaşdım.Şikayətimi qəbul etmədən məni Nizami metro stansiyasının yanı Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki serviz mərkəzinə göndəriblər. Orada mən növbə nömrəsini alıb öz növbəmi gözləmişəm. Növbəm çatanda yaxınlaşıb orada işləyən xanıma cıhaznan bağlı olan şikayətlərimi dedim. Cihazı diaqnostikaya göndərdilər. Təxmini 40 dəqiqə ərzində cıhazı mənə qaytarıb dedilər ki,istehsal qüsuru var. Amma bildirdilər ki proqram yazıb problemi aradan qaldıracayıq.Bunun üçün 3-4 saat vaxt istədilər. Mən razılaşıb cıhazı servisdə saxladım. Həmin gün 17:00-da zəng vurub marağlandım hazırdımı cihaz?! Dedilər ki, hazırdı gəlib apara bilərəm. Həmin gün 17:45-də “Servis Link”(Tel : 012 310 10 22)-ə cihazı mənə təhvil verəndə əmin etdilər ki, cihaz lazımlı qaydada işləyəcək. Həmin günün gecəsi problemlə yenə rastlaşdım hətta digər bir problem aşkar olundu. Batareya yükləmə dərəcəsini pis saxlamağa, vaxtından tez qurtarmağa başladı.
Ailə vəziyyətimlə bağlı olaraq səhəri gün gedə bilmədim. 5-6 gün keçəndən sonra (təxminən 8 oktyabr tarixi olardı)təzədən Nəsimi rayonu Azadlıq prospekti ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına yaşınlaşdım və onlardan yenə mənə kömək etmələrini istədim. Onlar yenidən məni “Servis Link-ə yolladılar. Orada mən yenə servis işçisinə cıhazımda olan və təzə aşkar olunmuş problemləri dedim.Bildirdim ki video qüsurundan əlavə , enerjini saxlamır,tez bitir. Cihazı təzədən diaqnostikaya saxladılar. Təxmini 40 dəqiqə ərzində mənə cihazı qaytarıb dedilər ki, cihazı açdırıb yoxlamaq lazımdı. Amma əmin edə bilmədilər ki, problem yox olacaq. Mən onların təkliflərindən razılaşmadım və cihazı geriyə alıb Nəsimi rayonu Azadlıq prospekti ev 33-də olan “Kontakt Home”-a qayıtdım. Cihaz normal işləmədiyinə görə aldığım Qızıl zamanətdə olan təklifləri tələb etdim. Aydın oldu ki, Zamanət talonunda qeyd olunmuş təkliflərdə telefonu dəyişdirmə ,qaytarma maddəsi yoxdur. Yalnız təmir bura daxildir. Telefonu eyni həmin modelin yenisi ilə əvəzlənməsini mobil telefonun toplam dəyərin 30%-ni ödədiyim halda mümkün olduğunu bildirdilər. Qeyd edim ki, mənim birinci telefona ödədiyim aylıq ödənişləri ləğv edib,yeni eyni modelli telefon üçün 30%-i başdan hesablayacaqdılar. Bizə təklif etdikləri eyni model isə aşağı yaddaş tutumuna malik olduğu ,həm də 30%ilkin ödəniş etməli olduğumuz üçün bu təkliflə razılaşmadıq.Çarəsiz qaldığım anda cıhazı işlətməyə yenidən başladım. Amma mən zamanət talonun mənə kömək etmədiyi halda özümə lazımsız hesab etdim ləğv etmək qərarına gəldim .
23.12.2017-ci il tarixində cihazımın kredit ödənişi etdiyim zaman “Kontakt Home”-dan cihazı aldığım Əlizadə Daşqın Fərux oğlunun yanına yaxınlaşıb zamanəti ləğv etmələrini istədim. O mənə 24.12.2017-ci il tarixdə zəng vurub zamanəti ləğv etməyin yollarını deyəcəkdi. Amma həmin gün ondan zəng gəlmədi.
25.12.2017-ci il tarixində Azadlıq prospekti ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına gedib direktorla görüşüb şikayətlərimi dedim və zamanəti ləğv etməyi istədim. Lakin o imtina edib buna hüququnun olmadığını bildirdi. Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom” ofisində işləyən hüquqşunasın qəbuluna yolladı. Həmin günün səhəri 26.12 tarixdə Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom”-da işləyən Yusif müəllim adlı hüquqşunasa yaxınlaşıb şikayətlərimi bildirdim. Həmin şəxs, “Kontakt Home”-da işləyən Əlizadə Daşqın,Ağa adlı şəxs və “Servis Link”-də olan işçilər mənim bütün sorğunlarıma imtina edib hüquqlarının olmadığını bildirdilər. Son anda mənim heç bir şikayətim nəzərə alınmadı və mənə kömək göstərilmədi.
O halda mən 26.12.2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsinə yaxınlaşıb qəbul edilməyən şikayətlərimi söylədim. Polis işçisi bu işlərə baxmadığını deyib məni həmin ünvanda olan Azad İstehlakçılar Birliyinə yolladı.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri, Cənan Eyyub Hüseynov!
Yazıb Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarımın yerinə yetirməsinə kömək edəsiniz, hər ay ödədiyim pullar geri qaytarılsın (toplam 803 AZN ),kredit müqaviləsi ləğv olunsun, internet resurslarından aldığım mənfi xarakterli məlumatlar məni bu şirkətə inamımı azaltmışdır.Qızıl zəmanət üçün əlavə ödədiyim ödəniş isə heç bir əhəmiyyət kəsb eləmir,4 ay ödədiyim kredit puluna daxil olan zəmanət ödənişi mənasızdır.Məhz ona görə də telefonun dəyişdirilməsini istəmirəm.Xahiş edirəm bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki əhali aldadılmasın.
İmza : Fərəcova Firuzə
Tarix: 28.12.2017