Meşə zolaqları başqa-başqa şəxslərə icarəyə verilib -Şikayət

Zərdab rayon sakinləri tərəfindən Xeberfakt.az-a ŞİKAYƏT MƏKTUBU daxil olub. Məktubu olduğu kimi dərc edirik:

Zərdab rayon Meşə Təsərrüfatı İdarəsinin müdiri Bəxtiyar Əhmədov rayon ərazisindəki meşə zolaqlarını öz maraqlarına qurban verib.Rayonun Çallı, Məlikumudlu, Bıçaqçı, Gödəkqobu kənd ərazilərində yerləşən meşə zolaqları başqa-başqa şəxslərə icarəyə verilib ki, orada iri və xırda buynuzlu mal-qoyn otarılır.Nəticədə isə küllü miqdarda vəsait xərclənib yeni əkilmiş ağac tingləri məhv edilir.Böyük ağacları isə kəsib odun və tikinti materialı kimi satdırılır.Bəxtiyar Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz maddi maraqlarına görə Zərdabda açıq-aşkar yaşıl soyqırıma start verməklə Azərbaycanın faunasını məhv edir.Bunun isə qarşısı məqsədli şəkildə alınmır.Çünki Bəxtiyar Əhmədov talançılıqla əldə etdiyi puldan yuxarı idarələrə haqq verir.Təqdim olunan fotoşəkillərə baxın Zərdab rayonunun Məlikumudlu kəndindəki meşə zolağını icarəyə götürən şəxslər mal-qarasının başını uzun kəndirlərlə bağlayblar nəticədə isə gördüyünüz kimi cavan ağac tingləri məhv edilir.Həmçinin Bəxtiyar Əhmədov dövlətin ayırdığı vəsaiti talan etmək məqsədi ilə sağlam böyük ağacları kəsdirib odun və tikinti materialı kimi satdırıb yerinə yeni ağac tingləri əkdirir.Yeni əkilmiş ağac tinglərinin inkişaf etməsi üçün mühafizə edilməsi əvəzinə mal-qaraya örüş üçün icarəyə verilmişdir.Bu yaşıl soyqırımın qarşısı dərhal alınmazsa yaxın zamanlarda Zərdab rayonunda meşə zolaqlarından əsər-əlamət qalmayacaq.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, birinci vitse-preziden Mehriban xanım Əliyevaya və Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırova müraciət edib xahiş edirik göstərdiyimiz faktları yerində araşdırılıb Zərdab rayon Meşə Təsərrüfatı İdarəsinin müdiri Bəxtiyar Əhmədovun barəsində ciddi tərbirlər görülməsinə tapşırıqlar verəsiniz.

Məmmədov Qənimət Tehran oğlu Zərdab rayonu Çallı kənd sakini Əlaqə telefonu;(050) 750-63-83

Əliyev Hümmət Yaqub oğlu

Qəhrəmanov Vəli Fərman oğlu