Keçmiş nazir Fazil Məmmədov vəzifəsindən kənarlaşdırıldıqdan sonra mülk siyahısı bir-bir gün üzü görməkdə davam edir.
A24.Az xəbər verir ki, onun regionun ayrı-ayrı yerlərindəki mülkləri hektarlarla əraziləri əhatə edir. Biznes imperiyasının “zədələnməməsi” üçün isə Məmmədov bu mülkəri fərqli-fərqli qohum-əqrəba, yaxınlarının adına keçirməyə çalışır.
Ölkə xaricində isə Ukraynanın, Rusiyanın, Çexiyanın turistik zonalarından tutmuş Azərbaycanının dörd bir tərəfində biznes strukturları var. Almaniyada 2 fabrikinin olması da iddia edilən mühim əmlaklardandır.
Şəmkirdə isə müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.
Rayonun girişindəki “Şəmkir səbəti” adlı hipermarket, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalar da Məmmədovundur və o 200-ə yaxın istixannın sahibkarıdır. Fazil Məmmədov bu istixanalarda əsasən “kitayski roza” əkdirir və xaricə satılır.
Bakıda “kitayski roza”nın ən ucuzu 2 manatdır. Fazil Məmmədovun istixanalarından ildə milyonlarla gül yığılır. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini 2005-ci ildə yaradıb. İddialara görə, Fazil Məmmədov buranı qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun nəzarətinə keçib. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt – “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb.
Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.