
Bakunews.az xəbər verir ki, Bölmə əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini Kamran Kərimov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində üzərində gəzdirdiyi balta ilə gecə saatlarında həmin aparatı qırdığını və oradakı pulları taladığını bildirib

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.




