Bakunews.az xəbər verir ki, bir müddət əvvəldə Vuqar Zeynalovun musiqi məktəblərini bazara çevirməsi ilə əlaqədar məqalələrimiz dərc edilmişdi. Bu məqalələrə sərt reaksiya verən V.Zeynalovun yaxın adamları hətta xəbər portalına yazının yığışdırılması ilə bağlı etiq davranış qaydalarına sığmayan şəkildə təzyiqlərdə göstərməkdən çəkinməmişdilər. Bu gün isə redaksiyamıza verilən məlumatlar bir daha subut edir ki, idarə və qurumlarda ehtimad edilmiş şəxslər bu ehtimadın doğrudulması yönündə heç bir addım atmammaqdadırlar.
Bakunews.az-a daxil olan çoxsaylı məlumatlara əsasən, Mədəniyyət və Turizm Nazirliyi o cümlədən Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsində bir çox xoşagəlməz və qeyri-qanuni halları müşahidə etmək olar. Sonuncu əldə edilən məlumatda qeyd edilir ki, Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin əmək haqqı əsassız şəkildə bir hissəsi ödənilməmişdir. Qeyri-rəsmi məlumata görə bu haqqda məktəb direktorlarına işçilərinin əmək haqqlarının kəsiləcəyi təqdirdə şikayətə qalxan müəllimləri nəzarətdə saxlamaq və bu halların qarşısını almaqla məsələnin ictimailəşdirirlməməsi tapşırığı verilmişdir. Maaşların böyük bir hissəsinin kəsiləcəyi haqqda rəsmi heç bir əmr və məlumat olmamasına baxmayaraq, dekabr ayında verilən maaşda müəllimlər sürprizlə qarşılaşıblar. Yeni il hədiyyəsi olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tabeçiliyində olan bütün məktəblərdə müəllimlərin maaşını demək olar ki, yarı hissəsi kəsilmişdir. Səbəb olaraq, büdcədə pulun olmaması əsas göstərilmişdir. Yaranmış vəziyyətdən narazı qalan müəllimlərin müxtəlif orqanlara kütlə şəklində şikayiət etmələri Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalovu çox narahat edib.Bu səbəbdən rəisin tapşırığına əsasən musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara Bakunews.az-a təqdim edilən səs yazısı baş verən məsələyə tam aydınlıq gətirib. Səs yazısından da göründüyü kimi B.Məmmədəliyeva sektor müdiri olmasına baxmayaraq, nazirin və rəisin adından rahatlıqla göştəriş verir. Bu isə onun bu işlərdə tam yaxından iştirak etdiyinə işarədir.
Musiqi təhsili verən müəllimlərin maaşlarının məsələn 180 manat olduğu halda, bayram qabağı hər bir müəllimə 80 manat məvacib ödənilməsi böyük səs küyə səbəb olub. Bu elementar göstərdiyimiz müqayisədir. Əsas məsələ isə bu göstərdiyimiz yüksək məvacib sahiblərinində bu tərzdə yəni standartlaşdırılmış formada məvaciblə təmin edilməsidir ki, buda heç bir əmək müqaviləsi ilə tənzimlənməmiş formatın icra edilməsindən xəbər verir. Köhnə bazara yeni adət gətirən idarə rəhbərləri tədris ilinin əvvəlindən bu tipli əməliyyatlar etməsi artıq keçən yazılarımızında subutu sayılmaqdadır.
B.Məmmədəliyevanın məsələyə bu qədər mudaxilə edərək media orqanlarına çıxmaması səs-küy yaranmadan həll olunması istəyidə bir mənalı qarşılana biləcək tərzdə deyildir.
Vuqar Zeynalov şəhərin musiqi məktəblərini bazara çevirib
28 dekabr 2015 –ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin tabeçiliyində olan Bakı şəhər Mədəniyyət və Turizm idarəsində kadr dəyişikliyi həyata keçirildi. Nazir Əbülfəz Qarayevin əmri ilə Vuqar Teyyub oğlu Zeynalov idarənin rəisi təyin olundu. Bu təyinata layiq görülən şəxsə hörmətli nazirin xüsusi tapşırıqları olduğu önə şəkildi. Realliq.info – nun əldə etdiyi məlumatlarda qeyd olunurdu ki, nazir Əbülfəz Qarayev idarənin nəznində olan məktəblərdə baş verən qanunsuzluqların aradan qaldırılması üçün xüsusi tapşırıq verib və yeni rəis Vuqar Zeynalovun qarşısında öhdəliklər qoyub.
Lakin hamının Bakı şəhər Mədəniyyət və Turizm idarəsində baş verən qanusuzluqların aradan qaldırılacağına ümidləndiyi bir zamanda yeni rəis özəl qaydalarını tətbiq etməklə çoxluğun arzularını gözündə qoymaqdadır. Hazırda idarənin nəznində fəaliyyət göstərən musiqi məktəblərində artan narazılıqlar medianın da diqqətindən yayınmır. Şəhərin 30 və 25 saylı eləcədə digər musiqi məktəblərində baş verənlər dediklərimizi bir daha təsdiq etməkdədir. Vuqar Zeynalovun məktəb direktorlarından tələb etdiyi “aylıq”lar təhsil ocaqlarında özbaşınalığın və rüşvətxorluğun inkşafına şərait yaradıb. Məktəblərin dərs cədvəllərinə və texniki işçilər siyahısına nəzər salanda məlum olur ki, bəzi müəllimlərin adı rəsmi sənədlərdə qeyd olunsada onları iş yerində görən yoxdur. Adı olub, özü olmayan müəllimlərin, texniki işçilərin əmək haqqları isə direktorlar və Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi arasında bölüşdürülür. Bununla yanaşı direktorlar müəllimlərə dərs saatlarını qaydalardan kənara çıxaraq sənədlərdə qeyd edirlər. Bu da dərs saatlarının şişirdilməsi və əmək haqqlarının artırılmasına səbəb olur. Belə olan halda hər ay dövlətin küllü-miqdarda vəsaiti adıçəkilən şəxslərin qanunsuz əməlləri nəticəsində mənimsənilir.
Vuqar Zeynalovun “nəzarətsiz” fəaliyyəti nəticəsində paytaxtda yerləşən bir sıra musiqi məktəblərində şagirdlərin dərslərdən yayınma halı adiləşib. Elə şagirdlər varki, onla direktorlarla razılaşaraq ümumiyyətlə məktəbə gəlimirlər. Realliq.info –nun araşdırmasına görə həmin şagirdlər direktorlara “aylıq” verməklə işlərini bitmiş sayırlar. Musiqi məktəblərində dərslərin və ya təhsilin bu cür təşkili bir çox müəllimlərin haqlı narazılığına səbəb olur. Müəllimlər onların dərs saatlarının azaldılaraq “ölü canlar ”ın adına yazılması ilə bağlı Vuqar Zeynalova müraciət etsələrdə nəticə yoxdur.
Xatırladım ki, Vuqar Zeynalov hazırkı vəzifəyə təyin olmamışdan öncə bir sıra dövlət orqanlarında çalışıb. Realliq.info – nun araşdırmasına görə idarə rəisi özəl şirkətlərdə fəaliyyətindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, 2015-ci ilin 28 dekabr tarixindən etibarən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.
Yuxarıda qeyd olunan faktlara qarşı tərəfində mövqeyini öyrənməyə çalışdıq. Hər dəfə zəngimizə “Vuqar müəllim iş yerində yoxdur”- cavabını aldıq.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin etimadını hazırda doğrultmayan və şəxsi maraqlarını qanunlardan üst tutan V.Zeynalovun artan narazılıqlara biganə münasibətinin arxasında nəyin və ya kimlərin dayandığını araşdırırıq. Ümid edirik ki, Əbülfəz müəllim Bakı şəhər Mədəniyyət və Turizm idarəsində və musiqi məktəblərində baş verən qanun pozuntuları və dövlət vəsaitinin mənimsənilməsi faktlarının qarşısının alınması üçün tapşırıqlar vercəcək.
Məsələ diqqətimizdədir.
Araşdırma davam edir.
Bakunews.az
Redaksiyadan: Bu məsələ ilə bağlı zərərçəkmişlərin, o cümlədən yazıda adları keçən şəxslərin, qurumların mövqeyini dinləməyə hazırıq.