Bu ərazilərdə işıq olmayacaq
Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə 35 kV-luq “Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 14:00-dan saat 16:30-dək Kijəbə, Ərçivan qəsəbələri, Lovain, Pensər, Səncərədi, Qapıçıməhəllə, Çayoba, Şahağac, Siyaku, Şiyəkəran, Hamoşam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və budama işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.