Ramin Məmmədov Sumqayıtda vətəndaşları qəbul edəcək

Ramin Məmmədov Sumqayıtda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 26-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, sədr Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşlarla saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, dk-sumqayit@scara.gov.az, chairman@scara.gov.az) müraciət etmələridirlər.