Rəcəb Tayyib Ərdoğan Bakıda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib.
AzBaku.info İnterpress.az -a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edən səfəri çərçivəsində Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin açılış mərasiminə qatılacaq.

Məlumata görə, BTQ-nin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edir.

Bundan başqa, oktyabrın 31-də İlham Əliyev və Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI toplantısı keçiriləcək.

Toplantının nəticələrinə uyğun olaraq, Azərbaycan və Türkiyə arasında arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulub.