Çoxlu "viagra" içib aeroportda lüt soyundu - VİDEO

Bu hərəkətləri qeyri-iradi olaraq etdiyini deyib və hamıdan üzr istəyib


Tailandın Puket şəhər aeroportunda maraqlı hadisə baş verib. Lent.az xəbər verir ki, Cənubi Koreyaya getmək üçün aeroporta gələn amerikalı sərnişin Stiv Ko birdən-birə insanların arasında çılpaq soyunub. Yüksək səslə təhqiramiz sözlər işlədən turist lüt halda gəzməyə başlayıb. Gözləmə zalındakı digər sərnişinlər və digər şəxslə baş verənləri təəccüblə izləyib. Daha sonra mühafizə əməkdaşları 27 yaşlı gənci qandallayaraq aparıb.

İlkin araşdırma zamanı Stiv Konun çoxlu “Viagra” həbi içdiyi və özünə hakim ola bilmədiyi üzə çıxıb. O, hərəkətlərini qeyri-iradi olaraq etdiyini deyib və hamıdan üzr istəyib.