Bir neçə gündür Sabirabadda 8 saylı orta məktəbin direktorunun 10 –cu sinif şagirdinə qarşı törətdiyi sexsual davranışların bu günə kimi niyə cəzasız qalmasını araşdırır. İctimayyət ciddi qınağa səbəb olan bu olayın aidiyyatı orqanlar tərəfindən ciddi araşdırlmasını və direktorun işdən azad olunması və cəzasını tələb edirlər. Şagirdin valideyinin bizə açıqlamasından da görünrüki,valideyin köməksiz və əlacsız qalıb.Hadisə ilə bağlı agentliyimiz müxtəlif QHT rəhbərlərinin, hüquqşünasların,ekspertlərin, ictimai xadim və ziyalıların fikirlərini sizə təqdim edir:
Zenfira Mustafayeva(«Qadın Təşəbbüsü ve Sosial Problemlerin Həllinə Yardim IB-nin sədri) - Bu məsələ ilə mətbuatdn tanışam və mənə çox pis təsir elədi.Əvvəla artıq bu neçənci hadisədir ki,Azərbaycan məktəblərində baş verir. Kişi müəllimlərin təbii ki, müəllim adını mən onlara yaraşdırmıram, belə davranışlarını eşidirik. Çox zaman uşaqlar qorxaraq bunu gizlədir,valideyinlər övladlarının adının hallanmaması üçün bunu açıb ağartmırlar. Xüsusi ilə regionlarda bu məsələ daha qapalı formada olur. Və çox zaman həmin ailə qınaq obyektinə çevrilir. Amma bu çox ciddi məsələdir, bu direktorun bu günə kimi cəzasız qalmağı bir yana, vəzifəsində oturmağı belə təhsilimizə ləkədir. Mən bir təşkilat rəhbəri kimi aidiyyatı qrumlardan məsələnin yenidən araşdırılmasını,ekspertiza təyin olunmasını istəyirəm, təhsil nazirliyinin həmin direktorun dərhal işdən azad etməlidir. Onuda bildirim ki, Vəzifəsindən sui istifadə edən direktor cəzalanmasa sabah nə istəsə edəcək və fikirləşəcək ki,onsuzda ört basdır olunacaq. Başqalarıda fikrləşəcək ki, nə istəsəm edə bilərəm onsuz ört basdır olacaq, cəzasız qalacaq. Həmin məktəbdə digər şagirdlərin başına bu oyun gələn zaman özlərinin biabır olmağından qorxub, səs çıxarmayacaq. Məncə ictimayyət birləşib bu direktorun işdən azad olmasını və cəzalanmasını tələb etməlidir. Çox zaman deyirlər ki, belə məsələləri ictimayyətləşdirmək olmaz amma belə deyil, ictimayyətləşdirib belələrini ifşa emək lazımdır ki, başqalarına dərs olsun. Sizədə təşəkkür edirəm bu məsələni araşdırırsınız. Məndə bir təşkilat rəhbəri olaraq həmin ailəyə və qıza hər cür dəstəyə hazıram lazım gələrsə hüqüqşünaslarımızda bu məsələnin araşdırlmasına dəstək göstərər.
Elçin Ağayev(hüquqşunas)- Bu məsələ ilə tanışam.Və çox təssüf hissi keçirirəm.Bir hüquqşünas kimi qeyd eləyim ki,bu məsələdə direktor cinayət məsuliyyətinə cəlb olunmalıydı.Valideyn açıqlamasında bildirir ki,ictimayi qınaq və təpkilərə görə ərizəsini geri götürüb.Amma qanunvericilikdə belə bir şey var ki,zərərçəkmiş ərizəsini geri götürsə belə, bu direktor cinayyət məsulliyətinə cəlb olunmalıydı ,istintaq aparılmalıydı,təhsil nazirliyi məsələni araşdırıb direktor işdən azad olunmalıydı.Belə olmadığı halda direktorun “ayağı yer alır” və bunu şantaj ,şər böhtan adlandırır.Məsələyə məntiqlə yanaşaq 15-16 yaşında psixi durumu normal olan bir şagirdə nə düşüb ki,babası yerində olan bir direktora şər atsın və bu cür ağır ittiham etsin?Mən bir hüquqşünas kimi burda hüquq- mühafizə orqanlarını kəskin qınayıram belə bir adamın cinayətini ört basdır edənləri bu əməli özləri də törətmiş kimi adlandırıram.Hüquqşünas yox bir valideyn kimi çox narahatam , bu məsələ ciddi araşdırılmalı direktor cinayət məsuliyyətinə cəlb olunmalı və ilk növbədə işdən azad olunmalıdır.Yenə deyirəm bu hadisəni ört- basdır edənləri kəskin qınayıram.Bir hüquşünas olaraq , zərərçəkmiş ailəyə hər cürə hüquqi xidmət göstərməyə hazıram.
Mehriban Zeynalova (Təmiz Dünya İctimayi birliyinin sədri)-Bu məsələ çox ciddi məsələ və ağır bir ittihamdır.Burda kifayət qədər sübut və şahidlər olmalıdır.Bir mənalı olaraq, bu gün ölkəmizdə iş yerləri və məktəblərdə onlardan aslı olan insanlara qarşı zorakılıq , sexsual qısnamalar tez –tez baş verir.Bu məsələni təkrar hüquq- mühafizə orqanlarında araşdırmalıdırlar.Məsəl üçün Avropada əgər iş yeri və yaxud məktəbdə belə bir hadisə baş verərsə, heç bir şahidsiz , sübutsuz dərhal həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur və cəzalandırılır.Yenə deyirəm bu məsələ çox ciddi bir məsələdir , təkrar araşdırılmalıdır.Bəli, bizdə belə bir hadisə baş verən zaman çox vaxt valideyinlər ictimai qınaqdan əziyyət çəkirlər və açıb ağartmağa qorxurlar ki,ay qızımızın adı çıxacaq ,alan olmuyacaq xüsusi ilə bölgələrdə belə problemlər yaşanır.Əlbətdəki, belə bir hadisə həqiqətən olubsa, həmin direktoru kəskin qınayıram və belə bir direktorun təhsil müəssisənə rəhbərlik etməyi düzgün deyil.Ölkəmizin gender haqqında qanunu var və bu qanuna əsasən baş vermiş hadisəyə görə direktor cinayət məsuliyyətinə cəlb olunmalı idi.
Adəm Məmmədov(Hüquqşünas) - Məsələ ilə tanış olduqdan sonra bircə onu deyə bilərəm ki,bu çox ciddi bir ittihamdır.Hadiisə istintaq orqanlarında obyektiv araşdırılmalı və hüquqi qiymət verilməlidir.Amma bu hadisə dediyinizə görə, belə bir şəkildə səs- küyə səbəb olubsa həmin direktor inzibati şəkildə cəzalanmalı və istintaq müddəndidə müvəqqəti olaraq işdən azad olunmalı idi.Təhsil nazirliyi özüdə bu məsələni araşdırmalıdır.Prokrorluq hansı şəkildə xitam verdiyini mən sənədlə tanış olduqdan sonra hüquqşünas kimi bu xitam haqqında rəyimi bildirərdim.10-cu sinif şagirdi yetkinlik yaşına çatmayıbsa, istintaq zamanı müəlliminin və yaxud validiyeninin şahidliyi ilə ifadə verməliydi.Təkrar deyirəm bu məsələ çox ciddi bir məsələ olduğu üçün prokrorluq bunu obyektiv araşdırmalı,ekspertiza təyin olunmalı və üzdəşmələr olmalıydı.Qaldı ki,zərərçəkmişin şikayət ərizəsinin hansısa qınaq və təpkilər əsasında geri götürməsində aslı olmayaraq qarşı tərəf cinayət məsuliyyətinə cəlb olunmalıydı.Bu mənim hüquqşünas kimi mövqeyim.Təbii ki,belə bir hadisə bölgədə artıq səs küyə səbəb olmuşdursa belə bir adamın direktor kimi fəaliyyət göstərməyi məqsədə uyğun deyil.Həmin direktor təhsil nazirliyi tərəfindən işdən azad olunmalıydı.
Mehriban Abdullayeva(Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədr) - Bu çox xoşagəlməyən bir hadisədir.Məktəb direktoru vəzifəsindən istifadə edib,hegomonluq etməməlidir.Bir şagirdə qarşı belə bir nalayiq hərəkətin olması utancverici bir hadisədir.Mən o direktoru tanımıram,tanımaq belə istəmirəm və onun haqqında heç müsbət bir şey deyə bilmərəm.Bilirsiniz çox zaman belə bir hadisələr gündəmə gəldikdə valideyin və uşaq qınaq obyektinə çevrilir amma qınaq obyektinə bu cür insanlar çevrilməlidir.Onu məktəbə direktor qoyublar ki,təlim tərbiyə işləri ilə məşğul olsun ,qoymayıblar ki,tərbiyəsizlik etsin.Elə bir adamdan həmin təhsil müəssində çalişan şagird və müəllim nə örnək götürəcək?Mən kəskin qınayıram əgər bu sübut olunarsa həmin adam nəinki direktor vəzifəsindən azad olunmalı,müəllim adından onu mərhum etməlidilər.El qınğıda var,biz azərbaycanlıyıq məncə rayon ağsaqqları və camaat onu qınamalı və vəzifədən getməsini tələb etməlidilər.
Heyrat Qarayev(hüquqşünas)- Əvvəla deyim ki,həqiqətəndə deyilənlər təsdiqin taparsa ,təsdiqin tapmaqda nə deməkdir.Bilirsiniz ki,bu iş prokrorluq orqanlarında istintaq getməliydi,ekspertizə təyin olunmalıydı.Direktor özüdə deyir ki,bəli belə bir hadisə olmuşdur.Bu həqiqət olada bilər ,olmuyada bilər.Amma istintaq muddətində direktor işdən azad olunmalıydı.Belə bir atalar sözüdə var "od olmasa tüstü" çıxmaz.Amma bu təhsil nazirliyi tərəfindən araşdırlmalı və direktor işdən azad olunmalıydı.Mən deyərdim ki,bu çox ciddi bir məsələdir Bunu Sabirabad rayon prokrorluğu deyil, Baş prokuror cənab Zakir Qaralova Və Daxili işlər naziri Cənab Usubova müraciət olunmalıdır ki, ciddi araşdırsınlar.Rayon yerlərində çox zaman insanlar mentalitetə uyuğun olaraq bunu ört -basdır edir və qanundan kənar olaraq öz aralarında məsələni bağlayırlar amma bu belə olmamalıdır.Qanuni şəkildə həll olunmalıdır.Qaldıki,valideyin təpkilərdən çəkinərək ərizəsini geri götürsə belə həmin şəxs haqqında cinayət işi açılmalı və araşdırlmalıdır.Direktor bu müddət ərzində işdən kənarlaşdırılmalıdır.Cinayət sübut olunarsa həmin direktor Təhsil nazirliyinin əmri ilə işdən azad olunmalıdır.Məsələni kəskin qınayıram.Əgər həmin ailəyə hüquqi yardım lazım olarsa dəstəyimi göstərməyə hazıram.
Rəbiyyə Zərdabi(ictimai xadim,ziyalı)- Bu məsələni təhsil nazirliyndə hüquq şöbəsi araşdırmalıdır,Daxili İşlər nazirliyi araşdırmalıdır.Azərbaycanda məktəblərdə,internatlarda uşaqlara qarşı zorakılıqlarla tez- tez rastlaşırıq.Maştağadakı hadisəni yəqin ki,xatırlayırsınız.Bu məktəb direktoruna yaraşmayan alçaq bir hərəkətdir.Direktor məktəbin atası,yiyəsi sayılır bundan camaat nə tərbiyə,örnək götürəcək?Biz müəllim peşəsinə müqqədəs sənət kimi baxırıq .Bu müəllim adına yaraşan hərəkət deyil.Bizim əxlaqımıza ,mentalitetimizə yaraşmayan biabrçı bir hadisədir.Bu direktor işdən azad olunmalıydı.Sizin işıqlandırdığınız bu məsələdə direktorun işdən azad olunması və həbs olunmasını istəyirəm.
P.S. Qeyd edək ki, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu var və bu qanuna əsasən vəzifəsindən istifadə edib özündən aslı olan şəxsə sexsual qısnamalar edib,şərəf və ləyaqətini alçaldırsa cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdin anası danışdı - TƏFƏRRÜAT
BakuPress.Az saytının dünənki tarixində Sabirabadda 8 saylı məktəbin direktorunun şagirdə qarşı seksual hərəkətlərinin məktəbdə aşkarlandığı haqda yazı vermişdik.Hətta aidiyyatı qrumlar, məktəbin direktoru, rayon icra hakimiyyəti və digərləri belə bir hadisənin olduğunu təsdiqlədilər amma şantaj və şər böhtan olduğu üçün məsələyə Sabirabad rayon prokrorluğu xitam verdiyini dedilər.Bu zaman biz sual verdik ki,yaxşi bu əgər şantaj idisə nəyə görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmadılar? Material saytımızda gedərkən araşdırmamiz davam edirdi.Bu gün zorakılığa məruz qalmış 10- cu sinif şagirdi olan qızın anası Səbinə xanım redaksyamıza zəng vurub dedi ki,oxudum və həmin şərəfsiz direktorun özü günahkar olduğu halda bunun şər böhtan adlandırması məni özümdən çıxardı. Səbinə xanım hadisəni tam təfərrüatı ilə bizə danışdı.
Ananın danışdıqlarını sizə təqdim edirik: ”Hadisə dekabr ayının 13-ündə baş verib.Mən və həyat yoldaşım hər ikimiz müəllimik yoldaşım həmin məktəbdə uzun illər tədris hissə müdiri işləyib sonra səhhəti ilə bağlı çox yükləndiyindən sıravi müəllim kimi işini davam etdirib.Hər kəsdə yaxşı bilir ki, Etibar müəllim bədən tərbiyəsi müəllimdir idarəetmə və dərs bölgülərindən anlayışı olmadığı üçün onun işlərinə yoldaşım daim kömək edib. Etibar müəllimin yüngül əxlaqlı və yüngül xasiyyətə malik olmağı rayonda hər kəsə məlumdur.
Qeyd etdiyim kimi dekabrın 13- də yoldaşımı ağır vəziyyətdə Bakıya əməliyyata gətirdik. Bundan istifadə edən Etibar müəllim 10 –cu sinifdə oxuyan qızımı aldaraq kabinitinə çağırib ki,atana zəng çatmır ananın nömrəsini ver vəziyyətini soruşmaq istəyirəm.Elə bu zaman kabinetinin qapısını bağlayan direktor qızımı divara sıxaraq ona qarşı sexsual hərəkətlər etməyə başlayıb.Bundan qorxan uşaq qışqırıb halı pisləşib və səsə məktəbdə hamı gəlib.Qızımın halı pis olduğu üçün mənə zəng vurdular .Dərhal yoldaşımı ağır vəziyyətdə qoyub Sabirabada gəldim özümdə deyildim.Olanlardan şoka düşmüşdüm .Sanki bu dünyada tək qalmışdım polisə dərhal ərizə yazdım,Təhsil nazirliyinə teleqram vurdum.Yoldaşim renimasiyada olrkən bu xəbəri eşitdi ,vəziyyəti dahada pisləşdi bu günə kimidə xəstəxanadadır.Vəziyyətin bu cür olmağını görüb mənə təzyiqlər olundu prokrorluq,rayon rəhbərliyi ,təhsil şöbəsi dedilər” Hadisədir olub uşağının adını biabr eləmə nazirliyə teleqram vur ki,düz anlamamışam rayon yeridir hamı bir birini tanıyır uşağin biabr olacaq”Onların qohumları ,rayonun ağsaqqalları, nə bilim seyidləri hamı gəldi hətta dedilər işinizi itirə bilərsiniz.Birdə bizim rayonda hələdə ağsaqqal sözü çox qanunlardan keçərlidir.Hətta prokrorluqdan mənə dedilər ki,xanım ərizənizi geri götürün, onsuz uşağın yanında otaqda şahid olmayıb deyə siz heç nəyi sübut edə bilməyəcəksiniz.Dedim bu boyda məktəb şahiddir hadisəyə, necə yəni sübut edə bilmərəm.Nəisə mənə o qədər təpki oldu ki,ərizəni geri götürməli oldum.İndidə baxıb görürəm ki,bu utanmaz direktor deyir ki,mənə şər atıblar.Dekabrin 24-ü adamının, pulunun və təpkilərinin gücü ilə bu işə xitam verdilər.Bizim köməksiz, arxasız olduğumuzdan istifadə elədilər.Hazırda Bakıda yoldaşım ağır vəziyyətdədir hadisədən özünə gələ bilmir gəlib özünüzdə görə bilərsiniz.Cinayət işi açılmağı bir yana bu direktor vəzifəsindəndə də uzaqlaşdırılmadı.Mən narahatam mənim başıma gələn sabah başqasının başına gələ bilər.Onun sexsual manyak olduğu hər kəsə məlumdur.Hətta prokrorluqda işi bağlandığı üçün utanmaz- utanmaz seyid qəbrinin üstündə qurban kəsir.Şərəfsizin qurban kəsməyi tülkünün həccə getməyinə bənzəyir.Mən xahiş edirəm mənə bir ana kimi kömək edəsiniz ,sizin sayt vasitəsi ilə 1-ci vitse prezidentimiz Mehriban Əliyevaya müraciət edirəm ki,bir ana kimi mənə kömək olsun .Cəza təbii ki,qanun nə deyirsə o olacaq və belə bir əxlaqsız adamın təhsil ocağına rəhbərliyindən uzaqlaşdırılsın ,müəllim adı ondan alınsın.Çünki mənim başıma gələn sabah başqa bir valideyinin başına gələ bilər .Mən dövlətimə ,prezidentimə və sizə güvənirəm.Çünki bizə hədə qorxu gəlirlər ki,şikayət etsəniz işinizdən olacaqsınız.”
Ananın bu ürək ağrıdan sözlərindən sonra yollandıq Səbinə xanımın yodaşının yatdığı xəstəxanaya ağır vəziyyətdə palatada rəngi avazımız bir atanı görüb çox pis oldum.Üzü nurlu,sakit təbiətli və əsl müəllim çöhrəli bu insan xeyli susduqdan sonra agır-ağır nəfəs alaraq bircə bunu dedi:”Onun əclaflığını bilirdim amma bu cür şərəfsizlik, özüdə mənimlə bir kollektivdə işləyə- işləyə mənim rayonda olmammağım ,xəstəliyimdən istifadə edib bu cür addım atması mənı bir daha öldürdü”
Biraz susduqdan sonra gözləri dolaraq belə dedi:”Müəllimlərə o qədər təzyiq olunub ki,neçə il işlədiyim kollektivdən kimsə qorxusundan mənə zəng vurub halımıda soruşmur.Sanki günahkar ,şərəfsiz addımı Etibar deyil mən etmişəm.Hər kəsdən rayonda mənidə onuda soruşa bilərsiniz araşdırın bu məsələni xahiş edirəm.Onu Allaha tapşırmışam”
Həqiqətən hadisə bizi şoka salmışdı.Bizdə öz növbəmizdə aidiyyatı ,qrumlar və Təhsil nazirliyindən bu direktorun cəzalanması və işdən azad olunmasını istəyirik.Valideyinlərə rəhbərlik tərəfindən təzyiqlər olunur ki,bu məsələni gündəmə gətirməsinlər.Unutmayaq ki,bu gün onların başına gələn sabah hər birimizin başına gələ bilər.Odur ki,belələrini ictimayyətləşdirib cəzalandırmaq lazımdır.
Araşdırmamız davam edir, mövzu diqqətimizdədir.